Azərbaycanlılar Türkiyədən necə gətiriləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycanlılar Türkiyədən necə gətiriləcək? - RƏSMİ AÇIQLAMA
SOSİAL
01:28 15.03.2020
4068

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcəkdir. 

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR