Azərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEO

Azərbaycanlılar Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıblar - VİDEO
MAQAZİN
13:54 10.12.2021
534
Ukrayna musiqi və şou biznes dünyasında səs salan Lana Tigrana ləqəbli müğənni - rəqqasə Ruslana Akif qızı Nəsibovanın ifasında "Dəli olma” adlı yeni sinqlın təqdimatı baş tutub.

AZXEBER.COM xəbər verir ki, layihənin direktoru və prodüsseri Azərbaycanda bir sıra telelayihələrin müəllifi olmuş, hazırda Kiyevdə yaşayan tanınmış prodüsser İdris Cəfərovdur.

Belə ki, bir çox hallarda ABŞ-da yaşayan erməni əsilli müğənni Şerə ilə müqayisə olunan Lana Tigran müğənni olmaqla yanaşı, Ukraynada şərq rəqslərinin öyrədicisidir və bu məşhurluqla, yaşadığı ölkədə artıq ona bənzədilən erməni müğənninin reytinqini geridə qoyub.

O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb. Beynəlxalq kateqoriyalı rəqs üzrə məşqçi dərəcəsini alan Lana eyni zamanda Ukrayna Şərq Rəqsi Yarışmasının qalibi də olub. O, həm də bir sıra telelayihələrin qalibi olub. Lana musiqi layihəsinə 3 il əvvəl başlayıb. Yeni layihə-klipdən əvvəl Lana "Şərq” və "Şəfəq” adlı daha iki klipini da yayımlayıb. Bundan başqa bəstəkar kimi "Azərbaycan” adllı vətənpərvər mövzuda mahnı da yazan müğənni bildirib ki, bu mahnının ərsəyə gəlməsi  azərbaycanlı atasına və Azərbaycana sevgisinin tərənnümündən irəli gəlib:

"Bu gün mən "Dəli olma” adlı yeni klipimi təqdim edirəm. Bu klip böyük bir hadisə ilə bağlıdır. Çünki belə bir dövr oldu ki, mən rəqs ilə məşğul olan zaman şəxsi həyatımda problemlər oldu. Ona görə düşündüm ki, bu rəqsdən ibarət klipimi "Dəli olma” adlandıracam. Klipin sözlərini və musiqisini özüm yazmışam. Amma təbii ki, komandam, hansı ki, bu layihədə çalışırlar, mənə böyük köməkləri olub. Mən şəxsən Ukrayna Şərq Mədəniyyəti Mərkəzini yaratmışam, insanları yaxın və uzaq şərq mədəniyyəti ilə tanış edirəm. Bu mərkəz Kiyevdə yerləşir, hər kəs gəlib tanış ola bilər. Yeri gəlmişkən mənim atam azərbaycanlıdır. Biz əslən Azərbaycanın Naxçıvan bölgəsindənik. Hazırda Naxçıvanda qohumlarım, nənəm, əmilərim və xalalarım yaşayır. Baxmayaraq 28 ildir Ukraynada yaşayıram. Amma təşkil etdiyimiz mədəniyyət mərkəzində əsasən Azərbaycan mədəniyyətini təbliğ edirik.

Azərbaycan əsilli Ukrayna müğənnisi onu da bildirib ki, bu layihə son deyil və qarşıdan yaşadığı ölkədə geniş səs salmağa hədəflənən bir sıra layihələri də nəzərdə tutub. O bildirib ki, bu istiqamətdə artıq işlərini məhz azərbaycanlı tanınmış prodüsser İdris Cəfərov ilə birgə planlaşdırıb. İdris bildirib ki, Lananın bu fəaliyyəti Azərbaycan və dünya azərbaycanlılar üçün qürurvericidir”.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İliyana Yotova prezident seçkilərində liderlik edir
05:48 02.11.2026
İliyana Yotova prezident seçkilərində liderlik edir
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın