İstanbulun Maltəpə rayonunda baş verən yol qəzası zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, adları çəkilməyən azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər.
Qəzanın səbəbi yük avtomobilinin Azərbaycan vətəndaşları olan sürücüsünün idarəetməni itirməsi olub.
Bildirilir ki, xəsarət alanların vəziyyəti normaldır. Hadisənin təfərrüatları barədə xəbər verilmir.