Azərbaycanlıları təhqir edən ermənini üzr istəməyə məcbur etdilər - Video yayıb yalvardı

MARAQLI
16:22 18.11.2021
1396
Rusiyanın Yekaterinburq şəhərində İşxan adlı erməni gənc azərbaycanlılardan üzr istəyib.

Noyabrın 16-da sərhəddə baş verən münaqişə zamanı ermənilərin "internet qəhrəmanları"ndan İşxan adlı gənc TikTok-da canlı yayımda Azərbaycanın və Azərbaycan xalqının ünvanına ifrat dərəcədə iyrənc, təhqiramiz ifadələr, söyüşlər işlədib. Buna dözməyən Yekaterinburqda yaşayan azərbaycanlılar həmin gün onu taparaq, üzr istəməyə məcbur ediblər.

Artıq noyabrın 17-də Rusiyanın sosial şəbəkələrində erməninin üzr videosu yayılıb və hətta ruslar azərbaycanlılara haqq qazandırıb.

Qeyd edək ki, erməni gəncin canlı yayımdakı çıxışını etikadan kənar olduğu üçün təqdim etmirik.
 
///kanal.az
 

 


OXŞAR XƏBƏRLƏR