Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
Siyasət
22:05 28.06.2025
919
Rusiya İstintaq Komitəsinin sədri Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri vəzifəsini icra edən Anatoli Nadbitova Yekaterinburqda azərbaycanlıların saxlanılması ilə bağlı vəziyyət barədə ətraflı hesabat hazırlanıb təqdim olunması tapşırığını verib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi açıqlamasında bildirilib.

Qeyd edilib ki, xüsusi əməliyyat zamanı həlak olan azərbaycanlılardan ikisinin Sverdlovsk vilayətində saxlanılması ilə bağlı iş geniş ictimai rezonans doğurub.

Bildirilir ki, işin istintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında xüsusi nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR