Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək

Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
SİYASƏT
18:02 31.07.2026
1146
Azərbaycan və Qırğızıstan arasında münasibətlər ortaq tarixi, mədəni və dil bağlarına söykənir. Hər iki ölkə türk dünyasının mühüm dövlətləri olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Son illərdə isə ikitərəfli münasibətlər siyasi, iqtisadi və humanitar sahələrdə yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Qırğızıstan diplomatik münasibətləri 1993-cü ildə qurub. Ölkələr arasında əməkdaşlıq uzun illər qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında inkişaf etsə də, son dövrdə əlaqələrin dinamikası daha da artıb. Xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə edib.

2021-ci ildə Sadır Japarovun Qırğızıstan Prezidenti seçilməsindən sonra Bakı ilə Bişkek arasında münasibətlər əhəmiyyətli dərəcədə intensivləşib. Bu dövrdə dövlət başçıları arasında qarşılıqlı səfərlər təşkil olunub, bir sıra mühüm sənədlər imzalanıb və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılıb. İki ölkə arasında əməkdaşlıq son illərdə xüsusilə ticarət və investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil və mədəniyyət sahələrində daha da genişlənib. Hər iki tərəf bu istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün fəal əməkdaşlığı davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qırğızıstan Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirib.

Danışıqlarda Azərbaycan–Qırğızıstan əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, ticarət, investisiya, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olub. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıblar. Müqavilə iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyən əsas sənəd hesab olunur.

Səfər çərçivəsində dövlət başçılarının təltifolunma mərasimi də keçirilib. Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi ölkənin ali dövlət təltiflərindən biri olan I dərəcəli "Manas” ordeni ilə təltif edib. Prezident İlham Əliyev isə Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev” ordeni ilə təltif edib.

Prezidentlər mətbuata bəyanatlarında iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıblar.

Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafında QHT-lərin və medianın rolu artır

Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin icraçı direktoru Əfsələddin Ağalarov AZXEBER.COM-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təşkilat müxtəlif dövrlərdə Qırğızıstanda mütəmadi olaraq müxtəlif istiqamətlər üzrə tədbirlər həyata keçirir:

"Bu tədbirlər Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafına, ölkəmizin tarixi, mədəniyyəti və milli dəyərlərinin tanıdılmasına, eləcə də aktual beynəlxalq mövzuların müzakirəsinə xidmət edir. COP29 dövründə də təşkilat tərəfindən Qırğızıstanda bir sıra tədbirlər təşkil olunub. Bu tədbirlər arasında COP29-a həsr olunmuş konfranslar, maarifləndirici görüşlər, panel müzakirələri, gənclərlə görüşlər və ekoloji təşəbbüslər yer alıb. Bu tədbirlər vasitəsilə COP29-un məqsədləri, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf məsələləri geniş ictimaiyyətə çatdırılıb, Azərbaycanın COP29-a ev sahibliyinin əhəmiyyəti və bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər təbliğ olunub”.


İcraçı direktor vurğulayıb ki, Qırğızıstan-Azərbaycan münasibətləri qədim tarixi köklərə söykənir və bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:

"Qırğızıstan-Azərbaycan münasibətləri qədim tarixi köklərə söykənir və bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qırğızıstan Prezidenti Sadır Japarov ilə Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi görüşləri, istər MDB, istər Türk Dövlətləri Təşkilatı, istərsə də digər beynəlxalq platformalar çərçivəsində keçirilən təmaslar iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Qırğızıstan-Azərbaycan münasibətlərində logistika sahəsi xüsusi əhəmiyyət daşıyır. Son illər Cənub və Şimal dəhlizləri üzərində dünyada baş verən müharibələr, qlobal iqtisadi böhranlar və geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizə tələbat sürətlə artır. Bu gün Orta Dəhliz dünyanın ən təhlükəsiz və etibarlı logistika marşrutlarından biri kimi diqqət mərkəzindədir. Qırğızıstan bu dəhlizdə mühüm rol oynayan ölkələrdən biridir. Çindən gələn yüklərin Qırğızıstan üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Avropaya daşınması baxımından ölkənin strateji əhəmiyyəti böyükdür. Bu baxımdan həm Azərbaycan, həm də Qırğızıstan Orta Dəhlizin əsas açar dövlətləri hesab olunur. Bu əlaqələrin inkişafı iki ölkə arasında iqtisadi, nəqliyyat-logistika və ticarət əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verir”.

Ə.Ağalarov əlavə edib ki, bundan sonra xüsusilə Qeyri-Hökumət Təşkilatları və media sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir:

"Son görüşlər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında bir sıra mühüm sənədlər imzalanıb və həmin sənədlər strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Bundan sonra xüsusilə Qeyri-Hökumət Təşkilatları və media sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir. Çünki Qırğızıstanda çoxsaylı azərbaycanlılar yaşayır. Onlar, o cümlədən repressiya qurbanlarının ailələrinin nümayəndələri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və cəmiyyətin ayrılmaz hissəsini təşkil edirlər. Eyni zamanda, Azərbaycanda da Qırğızıstan haqqında məlumatların artırılmasına ehtiyac var. Xüsusilə Qırğızıstanın zəngin turizm potensialının və turizm imkanlarının daha geniş şəkildə tanıdılması vacibdir. Düşünürəm ki, bu istiqamətdə həm Qeyri-Hökumət Təşkilatlarının, həm də media qurumlarının üzərinə böyük məsuliyyət düşür və yaxın gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə inanıram”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb