“Azerçay” KİV nümayəndələri üçün çay plantasiyalarına media-tur təşkil etdi - FOTOLAR

“Azerçay” KİV nümayəndələri üçün çay plantasiyalarına media-tur təşkil etdi - FOTOLAR
SOSİAL
15:23 25.05.2023
199
"Azerçay” çay yığım mövsümünün başlaması ilə əlaqədar Masallı rayonunda becərilən çay plantasiyalarına media-tur təşkil edib.
 
AZXEBER.COM xəbər verir ki, KİV nümayəndələri Masallı rayonunun dəniz səviyyəsindən 800 metr yüksəklikdə salınan çay plantasiyalarında mövsümün ilk məhsul yığımını əyani şəkildə müşahidə ediblər. Burada media nümayəndələrinə mütəxəssislər tərəfindən çayın becərilməsi və yığımı ilə əlaqədar məlumatlar verilib. Belə ki, çay yığımı əsasən 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş çay plantasiyasında aparılır.

Həmçinin burada mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluğun da göstərildiyi vurğulanıb.
 
Eləcə də bu il 1-ci məhsul yığımından 15 ton məhsul yığılacağı gözlənilir.

Qeyd edək ki, çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb.
 
Ölkə başçısı tərəfindən imzalanmış "Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq "Azərsun Holdinq” bölgələrdə yeni çay sahələri salıb, müasir suvarmalarla təmin edib.

Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən Şirkətlər Qrupu, "Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır. Çünki, illərlə çalışdıqları, əmək verdikləri bu sahədə göstərilən qayğı onların gələcəyə nikbin addımlarla irəliləyəcəylərinin bariz göstəricisidir.

Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən Doğma Çay "Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı