“Azercell” AWS ilə təlimlər təşkil edib

“Azercell” AWS ilə təlimlər təşkil edib
İQTİSADİYYAT
10:13 08.07.2026
656

"Azercell Telekom” MMC bulud texnologiyaları və süni intellekt sahəsində dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Amazon Web Services” (AWS) ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər təşkil edib.

Təşəbbüs şirkət daxilində süni intellekt sahəsində bacarıqların gücləndirilməsi və komandaların praktiki biliklərinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə "Azercell”in mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.

Proqramın əsas mövzularından biri AWS-in AI-Driven Development Life Cycle (AI-DLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AI-DLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.

Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.

AWS ilə əməkdaşlıq "Azercell”in qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.

Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan "Azercell” beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
13:21 28.10.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
13:17 28.10.2026
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
13:08 28.10.2026
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
13:04 28.10.2026
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
12:56 28.10.2026
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır