Azercell-dən Bilik Günü təbriki - FOTOLAR

Azercell-dən Bilik Günü təbriki - FOTOLAR
İQTİSADİYYAT
13:12 15.09.2020
669
"Azercell Telekom” MMC ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindirdi

AZXEBER.COM xəbər veir ki, ölkənin lider mobil operatoru Azercell hər zaman olduğu kimi, çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib. Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub.

Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur Busuu mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.

Azercell şirkəti 2016-cı il Aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Belə ki, şirkət tərəfindən həmin döyüşlərdə həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. Azercell onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.

Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı "Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

Azercell Bilik Günü münasibətilə bütün məktəbliləri və tələbələri təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayır!

Gənclərin təhsil və inkişafına dəstək - Azercell Telekom—un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış "Virtual Məktəb” portalı üzərindən onlayn tədris keçən 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
11:02 21.10.2026
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
11:01 21.10.2026
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:56 21.10.2026
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10:52 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var