Hər zaman müştəri məmnuniyyətini üstün tutan Azercell Telekom sosial şəbəkələrdə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə davam edir. Təsadüfi deyil ki, məhz sosial şəbəkələrdə göstərdiyi yüksək aktiv fəaliyyətə görə şirkət dəfələrlə "Socially devoted” sertifikatına layiq görülüb.
AZXEBER.COM xəbər verir ki, bu ilin üçüncü rübündə də Azercell təmsilçiləri rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandıraraq növbəti dəfə "Socially devoted” sertifikatını qazanıblar. Abunəçilər tərəfindən Azercell abunəçilərinə yönələn çoxsaylı suallar operativ şəkildə cavablandırılıb. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Nəzərinizə çatdıraq ki, regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Hal-hazırda Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər:Facebook, Twitter, Disput.Az, Google+, YouTubevə Instagram.Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
Daha ətraflı məlumat
üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın
mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə
bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin
99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir
sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana
Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi,
onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən
Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə
Azercell ölkədə ilk4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global
Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini
ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən
Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları
arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.