Azercell-dən “Möhtəşəm Cümə” endirimləri

İQTİSADİYYAT
11:23 22.11.2024
205

Lider mobil operatordan "HONOR” cihazları əldə edən abunəçilərə "SuperSən 10GB” tarif paketinə 75 % endirim!

AZXEBER.COM xəbər verir ki, Azercell "Möhtəşəm Cümə” kampaniyasına start verir. Belə ki, kampaniya çərçivəsində "AzercellEksklüziv" və diler mağazalarından "HONOR” smartfonu və ya planşeti əldə edən müştərilərə "SuperSən 10GB” tarif paketi 2 ay müddətinə 75 % endirimlə təqdim olunur. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş haqqı cari tariflər üzrə hesablanacaq. Qeyd edək ki, kampaniya 199 AZN-dən başlayan cihazlara şamil olunur.

Kampaniya 30.11.2024 tarixinədək davam edəcək.

Kampaniya haqqında ətraflı məlumat üçün:

"Möhtəşəm Cümə” kampaniyası | Azercell

 

 

 

 

OXŞAR XƏBƏRLƏR