Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!

Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
İQTİSADİYYAT
15:10 20.04.2026
531

Mobil operatorun abunəçiləri artıq fiziki SIM kartdan eSIM-ə keçidi birbaşa mobil tətbiq vasitəsilə həyata keçirə bilərlər

"Azercell Telekom” MMC müştəri təcrübəsini daha da təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.

"Azercell” tətbiqinə əlavə edilən yeni funksiyaya əsasən, eSIM-ə keçid prosesi bir neçə sadə addım vasitəsilə tam rəqəmsal formada icra olunur. İstifadəçi mobil tətbiqə daxil olaraq nömrəsini və şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil edir, daha sonra təsdiqləmə məqsədilə göndərilən birdəfəlik kodu (OTP) qeyd edir. Növbəti mərhələdə abunəçilər eSIM aktivasiyasını həm sistem tərəfindən yaradılan QR kod, həm də tətbiq daxilində təqdim olunan mərhələli təsdiqləmə mexanizmi vasitəsilə həyata keçirə bilərlər. QR kod eyni zamanda istifadəçinin qeyd etdiyi elektron poçt ünvanına da göndərilir.

Qeyd edək ki, eSIM texnologiyası fiziki SIM karta ehtiyacı aradan qaldırmaqla istifadəçilərə daha çevik və müasir istifadə imkanları təqdim edir. Bu texnologiya eyni cihazda bir neçə nömrədən istifadəni mümkün edir, həmçinin cihazlar arasında keçidi daha sürətli və rahat edir.

Azercell innovativ texnologiyaların tətbiqi və müştəri yönümlü rəqəmsal həllərin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər