Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur
İQTİSADİYYAT
13:16 20.04.2023
381

Azərbaycanın lider mobil operatoru "GSMA M360 Eurasia 2023” konfransının baş sponsoru olaraq bu nüfuzlu tədbirə ev sahibliyi edəcək.

 

AZXEBER.COM xəbər verir ki, konfrans Azercell və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək. Azərbaycanda ilk dəfə təşkil edilən bu beynəlxalq tədbir mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  regional və beynəlxalq ekspertləri bir araya gətirərək onlara sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmağa şərait yaradacaq.

 

"Biz "GSMA M360 Eurasia 2023 konfransı”nın baş sponsoru olaraq bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq”, - deyə Azercell-in prezidenti Zərinə Zeynalova bildirib. "Azərbaycanın lider mobil operatoru kimi biz mobil rabitə sənayesində innovasiyaları və inkişafı daim təşviq edirik. Tədbir mobil bağlanti sahəsinin gələcəkdə böyüməsi və dəyər qatması üçün doğru sərmayə yatırımını müzakirə etmək, bu kritik infrastrukturun qorunması ilə bağlı fikir mübadiləsi üçün əla platforma olacaq".

 

Qeyd edək ki, GSMA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə məruzəçilərin çıxışı ilə yanaşı, panel müzakirələri də yer alacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek,  kibertəhlükəsizlik kimi bir sıra aktual  mövzuları əhatə edəcək. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcək.

 

16 və 17 May tarixlərində Bakıda keçiriləcək bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.

 

Tədbir barədə daha ətraflı məlumatı bu səhifədən əldə etmək mümkündür:https://www.mobile360series.com/eurasia/.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir