“Azercell” “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir

“Azercell” “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir
İQTİSADİYYAT
11:24 27.08.2024
356
Lider mobil operator sosial layihə təkliflərinin qəbuluna başlayır.

"Azercell" "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq qadınların ictimai həyatda fəallığının artırılmasını hədəfləyən sosial layihə müsabiqəsini elan edir. Müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır. 

Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:

-Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;

- Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;

- Qadınların hüquq və maliyyə savadlılığının artırılması;

- Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.

Seçim zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyin təmin edilməsinə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin geniş hədəf qruplarına faydalı olmasına, eyni zamanda davamlı şəkildə həyata keçirilməsinə önəm veriləcək.

Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təklifləri ölkənin bu sahələrdə ixtisaslaşmış ekspertlərindən ibarət münsiflər heyəti dəyərləndirəcək.

Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək ki, hər birinin həyata keçirilməsi üçün Azercell tərəfindən 5.000 AZN-dək qrant ayrılacaq.*

Qeyd edək ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilərlər.

Layihə təklifləri Azərbaycan dilində 27.08.24-10.09.24 il tarixləri aralığında qeyd olunmuş link üzərindən göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur.  

"Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!

Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq dəyişə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ
16:21 04.08.2025
21 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ
Erməni blogerin əmlakına həbs qoyuldu
16:19 04.08.2025
Erməni blogerin əmlakına həbs qoyuldu
Krımda Rusiyanın 5 qırıcısı vurulub
16:12 04.08.2025
Krımda Rusiyanın 5 qırıcısı vurulub
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq