Azercell-in Barama Mərkəzindən “Mayak” layihəsinə dəstək

Azercell-in Barama Mərkəzindən “Mayak” layihəsinə dəstək
İQTİSADİYYAT
16:51 21.12.2018
4253
"İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən startapa öz fəaliyyətini uğurla davam etdirməsi üçün Barama Mərkəzi yardımçı qismində çıxış edir

AZXEBER.COM xəbər verir ki, ölkəmizdə biznes sahəsində yeniliklərə təkan verməyə, rəqəmsal dünya və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrdə iştirak edən "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir startapa dəstək olur. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən "İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən "Mayak” layihəsinin öz fəaliyyətini uğurla davam etdirməsi üçün Barama Mərkəzi yardımçı qismində çıxış edir. Mərkəzdə startap komandasına xüsusi yer ayıran Barama rəhbərliyi layihə yaradıcılarını İnkubasiya proqramına da dəvət edərək, mərkəz tərəfindən təşkil olunan bütün tədbir və təlimlərdə iştirakını təmin edib. Dekabrın 21-də Azercell şirkətinin əməkdaşları, "YT Park”ın nümayəndəsi "Mayak” layihəsinin yaradıcıları ilə görüşüblər, Azercell şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya, Barama Mərkəzinin rəhbəri İ. Bağırov, "İdeyadan Biznesə” layihəsində, eləcə də "Bakutel” sərgisində uğurlu iştirakına görə komandanı təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Məlumat üçün bildirək ki, "Mayak” layihəsinin məğzi gəncləri təhsil sferasındakı yeniliklər barədə məlumatlandırmaq, eləcə də qrantlar, təqaüd, təcrübə və könüllülük proqramları, layihələr, təlimlər, konfranslar, tədris kursları haqqında informasiyaları portal vasitəsi ilə topluma çatdırmaqdır.

Qeyd edək ki, əsas məqsədi startapçıların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etmək olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. İlk biznes inkubatoru olan Baramada 9 il ərzində 80-dən çox layihə fəaliyyətə başlayıb ki, onlardan 20-si hazırda müstəqil şirkətlərdir.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı