Azercell-in Barama Mərkəzindən məktəblilərə dəstək

Azercell-in Barama Mərkəzindən məktəblilərə dəstək
İQTİSADİYYAT
14:08 06.10.2018
7302
Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə təhsilin inkişafına və gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə fəal iştirakını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, mərkəz bu dəfə "Chevron Xəzər” LTD-nin maliyyə dəstəyi və "Junior Achievement Azerbaijan”-nın təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı" layihəsində tərəfdaş kimi çixış edir.  Yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərmək məqsədi daşıyan layihə çərçivəsində məktəblilər Barama Mərkəzində qonaq olublar. 30 şagirdin iştirakı ilə keçirilən görüşdə məktəblilər Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin faəliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Mərkəzin əməkdaşları indiyə qədər startap və gənclərlə həyata keçirilən layihələr haqqında məlumat veriblər. Eyni zamanda uğurlu karyeranın mümkünlüyündən, yaranmaqda olan yeni ixtisaslar, peşə təliminin vacibliyi, iş etikası və iş yerindəki dəyərlər haqqında, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Görüşün sonunda mərkəz əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar da cavablandırılıb.  Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə bugünə kimi Bakıda yerləşən ümumtəhsil müəssisələrindən yüzlərlə şagirdi "Məqsədli Karyera” təlim proqramına cəlb edib.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yarandığı gündən etibarən bilik və bacarıqların artırılması məqsədilə məktəblilər üçün bir sıra maraqlı layihələr həyata keçirib.  Seminar və təlimlərin təşkili, yay-qış məktəb proqramlarını həyata keçiriməsi və Olimpiadalara hazırlıq kurslarında məktəblilərə dəstək Baramanın əsas fəaliyyət istiqamətlərindəndir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək