Azercell-in baş sponsorluğu ilə "GSMA M360" tədbiri keçirildi

İQTİSADİYYAT
12:19 17.05.2023
308
Konfransdan bir gün əvvəl telekommunikasiya sahəsinin dövlət nümayəndələri və aparıcı ekspertləri "Mobil telekommunikasiya spektrinin idarə olunması" üzrə xüsusi seminarda iştirak ediblər.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və ölkənin lider mobil operatoru Azercell-in baş sponsorluğu ilə 16-17 may tarixlərində Bakıda keçirilən "M360 Eurasia" tədbiri mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan regional və qlobal ekspertləri bir araya gətirir. Beynəlxalq konfrans sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmaq üçün unikal platforma yaradır.

Eyni zamanda, Azərbaycanda ilk dəfə təşkil edilən bu tədbir 4G şəbəkəsinin tətbiqi ilə yanaşı, 5G texnologiyasının da ölkə ərazisində uğurla sınaqdan keçirildiyini gündəmə gətirir. Bununla da Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini beynəlxalq müstəvidə daha da gücləndirir.

İkigünlük konfransla yanaşı, "GSMA M360 Eurasia 2023” təşkilatçıları Azərbaycan auditoriyası üçün xüsusi proqramlar da həyata keçirir. Belə ki, konfransdan bir gün öncə may ayının 15-də ölkənin hökumət nümayəndələri və telekommunikasiya sahəsinin aparıcı ekspertləri üçün peşəkar bacarıqların inkişafına dair "Mobil telekommunikasiya spektrinin idarə olunması" adlı seminar təşkil edilib.

Seminar aşağıdakı mövzuları əhatə edib:

•Mobil cihazlar üçün spektr lisenziyası

•Spektr siyasəti haqqında mülahizələr

•İnvestisiyaların təşviqi

•Spektr monitorinqi
•Mobil rabitədə zolaq genişliyinin təmin edilməsi üçün rəqəmsal dividenddən istifadə

•Nəqletmə üçün spektr

•Dəyişən mobil mühitdə tənzimləmə

•Əşyaların interneti (IoT) üçün spektr

•5G-li gələcəyə doğru

Qeyd edək ki, "GSMA M360 Eurasia 2023" beynəlxalq telekommunikasiya tədbiri Azərbaycanda "Four Seasons” otelində keçirilir. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzularda məruzəçilərin çıxışını və dinamik panel müzakirələrini əhatə edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu