Azercell-in dəstəyi ilə “1 günə sayt yaratmağı öyrən” seminarı keçirilib

Azercell-in dəstəyi ilə “1 günə sayt yaratmağı öyrən” seminarı keçirilib
İQTİSADİYYAT
12:45 05.03.2019
3331
Fəaliyyətinin 10 illiyini qeyd edəcək Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafına öz töhfəsini verməyə davam edir.

Şirkətin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, zəngin təcrübə, peşəkər mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verən mərkəz növbəti dəfə tələbələri bir araya gətirib. Belə ki, mərkəzin dəstəyi ilə "Owbike” startapı tərəfindən tələbələrə "1 günə sayt yaratmağı öyrən” adlı seminar keçirilib. Seminar zamanı sayta ehtiyacı olan şirkətlərin tapılması, bazar araşdırmasının aparılması, şirkətlər üçün vebsayt kontentinin düzgün tərtib olunması və "Owbike” sistemi çərçivəsində sayt yaradıb şirkətlərə təklif olunması tələbələrə öyrədilib. Təlim zamanı həmçinin keyfiyyətli şəkildə hazırlanan və təqdim olunan saytların şirkətlərə verdikləri üstünlüklər, düzgün kontent strategiyasının müəyyən edilməsi və digər aktual mövzular müzakirə olunub. Seminarın təşkil olunmasında məqsəd tələbələrə "Content Management” (məzmun idarəolunması) peşəsinin əsaslarını öyrətmək və gələcəkdə bu yöndə peşəkar şəkildə fəaliyyət göstərmələrinə yardımçı olmaqdır. "Owbike” startapı bundan sonra da ödənişsiz seminarların keçirilməsini davam etdirəcək.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti "Owbike” buludda sayt yaratma sistemidir. Sistemdən istifadə edərək sahibkarlar heç bir texniki biliyə sahib olmadan öz gəlirlərini artıracaq biznes saytlarını asanlıqla yarada bilərlər. Məlumat üçün bildirək ki, "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış bir layihədir. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək, onların müstəqil şirkətə çevrilməsinə kömək edir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb