Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirildi - Fotolar

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirildi - Fotolar
SOSİAL
17:53 11.11.2016
1110
Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib.

AZXEBER.COM xəbər verir ki, Azercell Telecom MMC Milli Paralimpiya Komitəsi, və "UNİCEF” in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sumqayıt Paralimpiya idman kompleksində II Uşaq Paralimpiya Oyunları keçirilib. Bu il keçirilən idman yarışında respublikanın müxtəlif regionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayıblar. 

60-dan çox sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi Paralimpiya İdman Oyunlarında uğurlu nəticə əldə edən uşaqlar Azercell Telekom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən mükafatlandırılıblar. 

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıblar. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Nəzərinizə çatdıraq ki, ötən il I Uşaq Paralimpiya İdman Oyunlarına hazırlıq çərçivəsində Paralimpiya üzrə idman ustaları – Birinci Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva, Zakir Müslümov və digərləri Azercell şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər. 

Onu da qeyd edək ki, Azercell Telekom-un Uşaq Paralimpiya Komitəsinə dəstəyi Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən də qiymətləndirilərək xüsusi mükafata layiq görülüb. Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 19 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların
hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. Azercell bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırmaq üçün köməyini əsrigəməyəcək. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib:

GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır