Azercell-in dəstəyi ilə “Uşaq qaynar xətt” xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

Azercell-in dəstəyi ilə “Uşaq qaynar xətt” xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir
İQTİSADİYYAT
16:29 30.10.2018
3982
Uşaqların psixoloji problemlərinin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır

"Azercell Telekom” MMC–nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan uşaq qaynar xətt” xidmətinə daxil olan zənglər üzrə aparılan təhlillərdən bəlli olub ki, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır.

Məhz bu nəticələri nəzərə alan Uşaq Qaynar Xətt Xidmətinin əməkdaşları artıq bir neçə ildir ki, maarifləndirmə tədbirləri həyata keçirirlər. İndiyə qədər Bakının bir çox məktəblərində şagird, müəllim və valideylərlərlə görüşlər təşkil edən xidmət əməkdaşları oktyabr ayında Bakının147, 27 və 56 saylı tam orta məktəbində, həmçinin Göygöl rayonunda maarifləndirmə tədbirlərini davam etdiriblər. Tədbirdə uşaq hüquqlarına dair müxtəlif mövzularda təqdimatlar olub, müzakirələr aparılıb. Bundan əlavə "Qaynar Xətt”in prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verilib, şagirdlərə xidmətin maarifləndirici materialları təqdim edilib.

Qeyd edək ki, 2010-cu ildə Bakıda yaradılan "Azərbaycan uşaq qaynar xətt” xidmətinin məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi müddətdə xidmətə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaq və gənclər, habelə valideynlər tərəfindən 32000-dən çox müraciət daxil olub. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Nəzərinizə çatdıraq ki, Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
18:34 02.05.2025
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
18:31 02.05.2025
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
18:26 02.05.2025
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
16:13 02.05.2025
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
15:54 02.05.2025
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir