'Azercell' istifadəçilərini bezdirib - ŞOK FAKT

İQTİSADİYYAT
02:51 28.07.2012
6450

Azərbaycanın ən böyük mobil operatoru istifadəçilərinə qarşı zor gücü tətbiq edir

Azərbaycanda mobil rabitə xidmətinin gündən-günə inkişaf etdiyi bir gündə özünün geniş imkanlarından istifadə edən Azercell şirkəti növbəti fırıldaqçı üsula əl atıb. İndiyə kimi bu şirkətin xaricdə olan istifadəçilərini necə aldatdığı və xaricdə olarkən danışmadığı halda külli miqdarda borc yazılması ilə bağlı məlumatlar mətbuatda kifayət qədər dərc olunub.

Əsassız borcları istifadəçilərinin balansına yazan Azercell bu fırıldaqçı siyasətini əsasən fakturalı xətt abonentlərinə qarşı aparır. Bu dəfə isə redaksiyamıza bir qrup fakturalı xətt abonenti müraciət edərək, Azercell şirkətinin onların evinə qeyri-qanuni məhkəmə icra məktubları göndərdiyi barədə şikayət etdilər. Belə ki, Azercell şirkəti bir çox abonentə əlavə borc yazır, borcun gecikdiyini əsas gətirərək, məhkəməyə müraciət edir və məhkəmə icraçılarına rüşvət verərək, həmin yalançı borcları zorla istifadəçilərdən alırlar.

Presspost.az İnformasiya Portalının müxbiri ilə söhbət zamanı bir müştəri özünün də başa düşmədiyi 80 azn borcu 4 ay bundan öncə ödəməsinə baxmayaraq, Binəqədi rayonu məhkəmə icraçılarının onun evinə dəfələrlə xəbərdarlıq göndərdiyini və borcu ödəməsə, zorla ödətdirəcəkləri barədə hədə-qorxu gəldiklərini söyləmişdir. Şikayətçinin sözlərinə görə, Binəqədi rayonu məhkəmə icrası şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Anar Qocayevin imzası ilə daxil olan xəbərdarlıq sənədində həmin borcun ödənilməsi tələb olunur. Əks halda, zorla ödəniləcəyi barədə hədə-qorxu gəlinir. Şikayətçi isə bildirir ki, həmin borcu düz 4 ay bundan əvvəl ödəyib. Azercel şirkətinə müraciət etsə də, şirkətdən bildiriblər ki, məhkəmə icraçıları ilə istifadəçi arasındakı münasibətlərə müdaxilə edə bilməzlər. Halbuki, məhkəməyə Azercell şirkəti özü müraciət etmiş və borcun ödənilməsini tələb etmişdir. Borc ödənilsə də, məhkəmə icraçıları istifadəçidən əl çəkmək istəmirlər. Azercell borcun ödənilməsinə qədər məhkəməyə müraciət etdiyi kimi, borcun ödənilməsindən sonra da məhkəməyə bu barədə sənəd göndərilməli idi ki, məhkəmə icraçıları istifadəçiləri bezdirməsinlər. Görünür, Azercell şirkəti yalnız öz maddi maraqlarını düşünür, əhaliyə keyfiyyətli xidmət isə yalnız reklamlarda olur. /// presspost.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
10:45 24.06.2025
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
Azərbaycan nefti ucuzlaşıb
09:43 24.06.2025
Azərbaycan nefti ucuzlaşıb
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
09:41 24.06.2025
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir
09:36 24.06.2025
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir