Azercell jurnalistlər üçün seminar təşkil etdi - Foto

Azercell jurnalistlər üçün seminar təşkil etdi - Foto
İQTİSADİYYAT
17:13 24.09.2018
6146

Rusiyanın məşhur jurnalisti Vitaliy Leybin Azərbaycanın media nümayəndələri ilə sosial şəbəkə texnologiyalarının faydalı istifadəsini araşdırıb


AZXEBER.COM xəbər verir ki, Bakıda "Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə peşəkar jurnalistlər üçün ixtisaslaşmış seminar keçirilib. "Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər” mövzulu seminarın məqsədi media nümayəndələrini bu sahədə baş verən yenilik və trendlərlə tanış etmək, fərqli təcrübələrlə bölüşmək idi.


Seminara təlimçi qismində tanınmış rus jurnalisti, "Russkiy reportyor” jurnalının baş redaktoru Vitaliy Leybin dəvət edilmişdi. Rusiya və Ukrayna mediasında maraqlı araşdırmaları ilə tanınan Leybin azərbaycanlı həmkarları qarşısında sosial şəbəkələrdən istifadə ilə bağlı maraqlı mühazirələrlə çıxış edib. "Peşəkar jurnalistlər öz sahələrində həvəskar və robotları necə geridə qoya bilər” mövzusunda mühazirədə ənənəvi medianın sosial şəbəkələrlə müqayisəsi, hər bir tərəfin üstün və zəif cəhətləri araşdırılıb. Jurnalistlərə sosial şəbəkələrin verdiyi üstünlüklərindən yararlanmağın, peşəkar məqalələr hazırlamağın alternativ yolları açıqlanıb, bu istiqamətdə məlumatlar və istifadəçilərlə iş metodları haqqında əyani məlumat verilib.


Bundan əlavə, Vitaliy Leybin seminar iştirakçılarına self-media, in-media, müəllif jurnalistikası haqqında danışıb. Seminar zamanı maraq doğuran mövzulardan biri də "Bir hekayəni 100 formatda dərc etmək imkanı” ilə bağlı olub ki, burada yazıları auditoriyaya çatdırmağın müxtəlif variantları araşdırılıb. Seminar qrup çalışmaları ilə davam edib. İştirakçılar qısa video modelləri, böyük həcmli məlumat bazaları əsasında materialların yazılması mövzusunda praktiki məşğələ keçiblər. Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb və jurnalistlərə sertifikatlar təqdim edilib.


Qeyd edək ki, "Azercell Telekom” MMC fəaliyyəti boyu daim media nümayəndələri ilə sıx əməkdaşlıq edib. Artıq 10 ildir ki, Azercell-in dəstəyilə onlarla jurnalist üçün ingilis dili kursları keçirilir, beynəlxalq jurnlaistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə Azercell-in xaricdən dəvət etdiyi tanınmış təlimçilər tərəfindən maraqlı mövzularda seminar və təlimlər təşkil olunur.


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz


Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
21:37 25.06.2025
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
21:18 25.06.2025
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO