Azercell könüllü gənclərlə həmrəy oldu

Azercell könüllü gənclərlə həmrəy oldu
İQTİSADİYYAT
16:30 10.12.2018
3225
Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağ yaratmaq  məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan "Azercell Telekom” MMC daha bir əmək yarmarkasına qatılıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan Xidmətin birgə təşkilatçılığı ilə "Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı tədbir çərçivəsində təşkil olunan əmək yarmarkasında Azercell növbəti dəfə gənclərə dəstək olub. Bakı Konqres Mərkəzində baş tutan sərgidə ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkatının üzvləri iştirak edib. "Azercell Telekom” MMC-nin İnsan Resursları Departamentinin əməkdaşları şirkətdə mövcud olan vakansiyalar barədə gəncləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablayıblar, işə qəbul qaydaları, həmçinin, şirkətdə karyera qurmaq imkanlarından da bəhs ediblər.

Qeyd edək ki, Azercell fəaliyyətə başladığı andan etibarən İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir tələblərə uyğundur. Azercell əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadiləsi imkanları yaradır. Hazırda Azercell-in bütün ofislərində işçilər Ətraf Mühit və Təhlükəsizik, İlkin Tibbi Yardım, Yanğından Mühafizə təlimləri ilə bilgiləndirilir, həmçinin sağlamlıqla əlaqəli aksiyalarda (vaksinasiya, qan testi və s.) fəal iştirak edirlər.

Ümumiyyətlə, Azercell işəgötürən şirkət kimi  hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan Azercell artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib. ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə Azercell ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, ”Ernst & Young Azerbaijan” şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən Azercell-i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib.

Qeyd edək ki, Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək