"Azercell" liderliyini qoruyur

İQTİSADİYYAT
17:25 25.08.2017
1332
Abunəçilərinə göstərdiyi keyfiyyətli xidmət ilə rabitə bazarının lider mobil operatoru adını qazanan Azercell 4,5 milyonluq abunəçi ailəsinin etimadını doğrultmağa davam edir. Şirkətin Müştəri Xidmətləri təmsilçiləri sosial şəbəkələrdə də abunəçilərinə yüksək xidməti ilə seçilir.Təsadüfi deyil ki, Azercell 2017-ci ilin ikinci rübündə də rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandırıb. Gün ərzində abunəçilərin ünvanladığı çoxsaylı sualları operativ şəkildə cavablandırdığına görə Azercell növbəti dəfə "Socially devoted” sertifikatına layiq görülüb.
Regionda ilk dəfə olaraq məhz Azercell öz Facebook səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırır və vaxtlarına qənaət etmiş olurlar. 
Azercell bu uğuru Twitter sosial  şəbəkəsində də təkrarlayıb və 2017-ci ilin ikinci rübü üçün 81% nəticə ilə bütün rəqiblərini geridə qoyub. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. Məlumat üçün bildirək ki, şirkət ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi "verified” (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 110 000 artıq izləyicisi var və  bu göstəriciyə görə də Azercell Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.   
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya