"- Abonet 10 Gb trafiki 18 dəqiqə ərzində istifadə edib bitirə bilərmi?"
Ötən gün AZXEBER.COM-da “Azercell'in oyunu” (https://www.azxeber.com/news/18828.htm) başlıqlı xəbər dərc edilmişdi. "10 GB Azercell'də 10 manat" kampaniyasının istifadəçiləri aldatdığı haqqında xəbər portalımızda yayımlandıqdan sonra dəfələrlə cəhd etsək də şirkətin rəsmi mövqeyini öyrənmək mümkün olmamışdı.
Nəhayət, ötən gün axşam saatlarında "Azercell Müştəri Xidmətləri"ndən faktla bağlı rəsmi açıqlama gəldi.Bizimlə söhbətində qurumun əməkdaşı bildirdi ki, "Azercell" internetdən istifadəyə görə fakturanı hesablayarkən, abonentə təqdim olunan "3G Max" modeminin proqram təminatındakı trafik statistikasına istinad etmir və öz hesabını aparır.Abonentlərin onlara daxil olan fakturalarda göstərilən məbləğin şişirdilmiş olması ilə bağlı iradını əsassız adlandıran şirkət rəsmisi;"- Abonet 10 Gb trafiki 18 dəqiqə ərzində istifadə edib bitirə bilərmi?" sualımızı isə cavabsız qoyub.Araşdırmamızı davam etdiririk.
Qeyd edək ki, məsələnin ictimaiyyət üçün əhəmiyyətini nəzərə alaraq araşdırmalarımıza davam edəcəyik.
Fərid