Azercell “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir!

Azercell “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir!
İQTİSADİYYAT
20:56 06.01.2021
886
Təhsil Nazirliyinin çağırışına çevik cavab verən lider mobil operator distant təhsili daha da əlçatan etdi!

Artıq Azercell abunəçiləri distant dərslərə daha rahat qatılacaq! Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC Azərbaycan Respublikası Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dönəmində "Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri "Təhsil” internet paketi ilə sevindirir.

Azercell "Təhsil” internet paketi çərçivəsində "Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, Azercell abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Günlük paketə qoşulmaq üçün "tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə "tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin internet paketləri Azercell-in çoxfunksional "Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.

Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daima töhfə verən Azercell, qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadiq qalır. Belə ki, şirkət "Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 30 min müəllimə dəstək olaraq daha öncə 2 ay ərzində 5GB internet də hədiyyə edib.

Qeyd edək ki, "Təhsil” internet paketindən Azercell-in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər.

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/ səhifəsinə keçid etməyiniz xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək
13:32 16.06.2026
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək
Məhərrəm ayında toy etmək olarmı? – İlahiyyatçı açıqladı
13:26 16.06.2026
Məhərrəm ayında toy etmək olarmı? – İlahiyyatçı açıqladı
Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
13:12 16.06.2026
Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"
13:06 16.06.2026
Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"
Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir
13:04 16.06.2026
Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir
Cənubi azərbaycanlı müğənnidən Əməkdar artistə sərt tənqid - "Mesajlarıma cavab yazmır"
12:58 16.06.2026
Cənubi azərbaycanlı müğənnidən Əməkdar artistə sərt tənqid - "Mesajlarıma cavab yazmır"
Alman memarlıq irsi Göygöldə - FOTOLAR
12:44 16.06.2026
Alman memarlıq irsi Göygöldə - FOTOLAR
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
12:29 16.06.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
Müəllim və şagirdlərin geyimi ilə bağlı tələblər - Qanuna salınır
12:24 16.06.2026
Müəllim və şagirdlərin geyimi ilə bağlı tələblər - Qanuna salınır
Məhkəmə Əli Kərimli barədə qərar verdi
12:19 16.06.2026
Məhkəmə Əli Kərimli barədə qərar verdi
LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər - FOTOLAR
12:13 16.06.2026
LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər - FOTOLAR
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
12:10 16.06.2026
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
"Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək"
12:08 16.06.2026
"Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək"
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
12:04 16.06.2026
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
11:52 16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
Özcan "Qardaşım 1 milyard pulumu yedi" dedi - Qardaşını məhkəməyə verdi
11:51 16.06.2026
Özcan "Qardaşım 1 milyard pulumu yedi" dedi - Qardaşını məhkəməyə verdi