Azercell-dən rominqdə olan abunəçilərinə dəstək və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə pulsuz zənglər imkanı!

İQTİSADİYYAT
22:08 16.03.2020
4688
Yerli bazarın lider mobil operatoru "Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, hazırda ölkə hüdudlarından kənarda olan abunəçilərinə xüsusi diqqətlə yanaşır.
 
AZXEBER.COM xəbər verir ki, Azercell şirkəti hal-hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin  balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləmişdir. Həmçinin mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib. 

Qeyd edək ki, hazırda Azercell-in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə "Qaynar xətt" lə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır. Xatırladaq ki, rominq zamanı Azercell-in Fakturalı Xətt abunəçiləri +994506565000, Fakturasız Xətt (Sim-Sim) abunəçiləri isə +994502002111 nömrələri vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə tamamilə ödənişsiz əlaqə saxlaya bilərlər. 


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı