Ötən həftə “Azərcell” şirkətinin vətəndaşları necə aldatdıqları barədə saytımızda məlumat getmişdiMəlumatın yayımlanmasının ardından oxuculardan redaksiyamızda adı çəkilən şirkətlə bağlı davamlı şikayətlər gəlir. Cəlilabad rayonundan TİA.AZ-a daxil olan məlumata görə, “Azərcell” şirkətinin rayona göndərdiyi konturların son partiyası vətəndaşları ələ salmağa hesablanıb. Şikayətçilər deyir ki, hazırda rayonda satılan konturların heç biri yüklənmir. Kartlarda qeyd olunan şifrələr heç cür balansa yüklənmir. Konturları yükləyənlərə şəbəkədən bildirilir ki, daxil edilən şifrələr yanlışdır. Konturların satıldığı yerlərdə isə abonentləri “Azərcell”in müştəri xidmətlərinə göndərirlər. “Azərcell”in Cəlilabaddakı mərkəzi ofisindən Cəmil adlı şəxs isə abonentlərə bildirirlər ki, onlar mağazalarda satılan konturlara cavabdeh deyillər və həmin konturların yüklənməməsinin məsuliyyətini daşımırlar.Şirkətin i baş ofisindən Samirə adlı xanım bildirib ki, abonentlərin yükləyə bilmədiyi həmin sim kartlar saxtadır. Halbuki, abonentlər həmin kartları “Azərcell”in rəsmi nömrə-nişanı olduğu kartları alıblar. Vətəndaşların Tia.az-a göndərdiyi kartların seriyası bunlardır. Yüklənməyən kartların 2-nin seriya nömrəsi: 2149017825, 2149017826-dir.Onu da qeyd edək ki, artıq Cəlilabadda belə saxta olduğu iddia edilən kartlardan 3 min ədəddən çox satılıb. Məsələ ilə bağlı şirkətin mövqeyini yayımlamağa hazırıq. |
|
|
|