"Azercell"in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

"Azercell"in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!
İQTİSADİYYAT
12:37 14.10.2022
398
Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və "yaşıl” texnologiyalar tətbiq edir

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell öz şəbəkəsini bütün ölkə üzrə genişləndirməyə və modernləşdirməyə davam edir. Bu irimiqyaslı layihənin növbəti mərhələsində lider mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə "yaşıl enerji" rejiminə keçir.

İşğaldan azad edilmiş ərazilərdəki baza stansiyalarının modifikasiyası üçün bərpa olunan enerjidən istifadə edən Azercell Qarabağda günəş enerjisi ilə işləyən ilk LTE baza stansiyalarını istifadəyə verir. Belə ki, lider mobil operator Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyalarını günəş panelləri ilə təchiz edib. Artıq həmin baza stansiyaların enerji tələbatının 60%-i günəş enerjisi hesabına qarşılanır. Bu da, öz növbəsində, ekoloji baxımdan daha "yaşıl” istismarı təmin edərək əraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyatının azalmasına səbəb olur.

Ümumilikdə, Azercell 2023-cü ilin sonuna kimi Qarabağda günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istifadəyə verməyi planlaşdırır. Qeyd edək ki, şirkət artıq Qobustan və Tovuzda da "yaşıl enerji" ilə çalışan baza stansiyaları quraşdırıb.

Bu ilin avqust ayından etibarən Azercell Bakıda və Abşeronda 21 yeni baza stansiyası quraşdırıb, Qubadlı, Hadrut qəsəbəsi, Cəbrayıl, Zəngilan, Tərtər, Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki, Yardımlı, Qax, Göyçay və Lənkəranda 490 baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb.

Layihə çərçivəsində lider mobil operator Azərbaycanda 300-dən çox yeni baza stansiyasını istismara verəcək və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik