‘Azercell’in keçmiş prezidentinin diplomu saxta çıxdı

‘Azercell’in keçmiş prezidentinin diplomu saxta çıxdı
DÜNYA
03:41 01.04.2015
1494
“Azercell”in keçmiş prezidenti, bu yaxınlarda Moldovanın baş naziri seçilən Kiril Qaburiçin təhsil haqda sənədlərinin saxta olduğu üzə çıxıb. Nəticədə ölkədə böyük siyasi qalmaqal başlayıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, cəmi ay yarım əvvəl baş nazir vəzifəsinin icrasına başlayan Qaburiçin bioqrafiyasını eşələyən jurnalistlər onun təhsil aldığı illərdə şübhəli “boşluq” aşkar ediblər.
Bu “boşluğun” izinə düşən jurnalistlər araşdırma aparıblar və məlum olub ki, Qaburiçin əslində tam orta təhsili yox imiş. Belə ki, 38 yaşlı baş nazir ancaq doğma kəndi Loqanşetıda 9-cu sinfi bitirib, yəni natamam orta təhsil alıb.
Bundan sonra jurnalistlərdə sual yaranıb: necə ola bilər ki, tam orta təhsili olmadığı halda Qaburiç ali məktəbə daxil olub? Nəticədə baş nazirin ali təhsil haqda diplomunun da saxta olduğu haqda şübhələr yaranıb.
Bu məsələnin mətbuata çıxmasından sonra Moldova siyasi elitasında əsl çaxnaşma yaranıb. Baş nazirin işini polis araşdırmağa başlayıb. Məlumata görə, artıq Qaburiçin təhsil aldığı göstərilən təhsil müəssisələrindən sənədlər araşdırma üçün götürülüb.
Bioqrafiyasına əsasən Qaburiç kənd məktəbindən sonra Kişinyovdakı mikroelektronika və hesablama texnikası kollecini bitirib, bu məktəbdən 1995-ci ildə məzun olub. Və 1997-ci ildə Moldova İqtisadi Biliklər Akademiyasını bitirib.
Qaburiçin “iqtisadçı” ixtisası üzrə ali təhsil diplomunu almasını təhsil naziri Mayya Sandu da izah edə bilməyib. Naziri bu qalmaqalla bağlı izahat vermək üçün parlamentə çağırsalar da o, müxalifətdən olan deputatların suallarına tutarlı cavablar verməyib.
Bildirilir ki, parlamentin iclasından pərt halda çıxan nazir öz şefinə - Qaburiçə məsləhət görüb ki, mümkün qədər tez müddətdə bu situasiyaya aydınlıq gətirsin.
Lakin Qaburiçdən hələ səs-soraq çıxmır. Mətbuat isə ehtimal edir ki, Qaburiçin təhsil aldığı məktəblərdən sənədlərin götürülməsi əslində araşdırma məqsədi güdmür və ola bilsin fırıldağın izlərini itirmək üçündür. Hələlik hakim koalisiya onu “xərcləməyə” hazırlaşmır.
Qaburiç Moldova siyasətində qəfildən peyda olub. Onun namizədliyini Liberal-Demokrat Partiyasının lideri, keçmiş baş nazir Vladimir Filat irəli sürüb. Qaburiç Filatın biznes ortağıdır. Hesab edilirdi ki, korrupsiyalaşmış Moldova siyasi elitasında Qaburiç “təmiz imicə malik adam” kimi suallar doğurmayacaq. Ancaq belə çıxır ki, onu yaxşı tanımayıblar.
Moldovadan “Antimafiya” vətəndaş cəmiyyəti hərəkatının lideri Serjiu Mokanu bu suala cavab verməyə çalışır: necə ola bilər ki, Moldovada təhsil haqda sənədləri şübhə doğuran biri baş nazir olsun?
“Mənim fikrimcə, artıq şübhə yeri qalmayıb. Aydındır ki, bizim baş nazirin tam orta təhsili yoxdur və onun sübut edə biləcəyi ancaq 9-cu sinfi bitirməsidir. Görünür, Moldovanın hakim “mafiyası” bunu əvvəlcədən bilib və Qaburiçin attestatının olmamasını əllərində ona qarşı “kozır” kimi saxlayıblar. O, şantaj olunandır, əlaltıdır və bu səbəbdən də baş nazir oldu”- deyə S.Mokanu "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
S.Mokanu hesab edir ki, attestatı saxtalaşdırdığı üçün Qaburiç cinayət məsuliyyətinə cəlb edilməlidir. Baş nazirin istefasına gəldikdə isə “Antimafiya” hərəkatının lideri hesab edir ki, ictimaiyyətin təzyiqləri olmasa, hakim koalisiya onu istefaya göndərməz.
Kiril Qaburiç 2012-2014-cü illərdə “Azercell”in prezidenti olub. Bundan əvvəl “Moldcell”ə rəhbərlik edib. O, Moldovanın keçmiş prezidenti, kommunistlərin lideri Vladimir Voroninə yaxın biznesmen hesab edilir. Voronin Azərbaycanın nəqliyyat nazirinin müavini, Dövlət Dəmir Yollarının keçmiş rəhbəri Musa Pənahovla qudadır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Yamaykanın Baş nazirini təbrik edib
12:24 06.08.2025
İlham Əliyev Yamaykanın Baş nazirini təbrik edib
“Xan qızı” Natəvanın doğum günüdür
12:23 06.08.2025
“Xan qızı” Natəvanın doğum günüdür
“Qabiliyyət imtahanı ləğv edilməlidir ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin” - Qulu Məhərrəmli
12:18 06.08.2025
“Qabiliyyət imtahanı ləğv edilməlidir ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin” - Qulu Məhərrəmli
Nazir müavini işdən çıxarıldı
12:14 06.08.2025
Nazir müavini işdən çıxarıldı
"Bütün blogerlər vergi ödəyicisidir" - Fatimə
12:02 06.08.2025
"Bütün blogerlər vergi ödəyicisidir" - Fatimə
İlqar Mustafayev “əmlak kralı” imiş - Ağ Şəhərdən Şüvəlana qədər...
11:50 06.08.2025
İlqar Mustafayev “əmlak kralı” imiş - Ağ Şəhərdən Şüvəlana qədər...
Azərbaycanlı ABŞ-də “Dünya mədəniyyətinin reytinqi”ni təsis etdi
11:36 06.08.2025
Azərbaycanlı ABŞ-də “Dünya mədəniyyətinin reytinqi”ni təsis etdi
Kəlbəcərdə həbçilərimizin minaya düşməsi ilə bağlı ARAŞDIRMA BAŞLADILDI
11:35 06.08.2025
Kəlbəcərdə həbçilərimizin minaya düşməsi ilə bağlı ARAŞDIRMA BAŞLADILDI
Azərbaycanı “Avroviziya”da “Səs Azərbaycan”ın qalibi təmsil edəcək? - AÇIQLAMA
11:30 06.08.2025
Azərbaycanı “Avroviziya”da “Səs Azərbaycan”ın qalibi təmsil edəcək? - AÇIQLAMA
MİQ üzrə vakansiya seçiminə start verildi
11:22 06.08.2025
MİQ üzrə vakansiya seçiminə start verildi
Lisey və gimnaziyalara seçim prosesi başlanılır
11:19 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başlanılır
Alim Qasımovdan qızına təbrik - "Fərqanə bizə Allahın ən gözəl hədiyyəsidir"
11:05 06.08.2025
Alim Qasımovdan qızına təbrik - "Fərqanə bizə Allahın ən gözəl hədiyyəsidir"
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb - RƏSMİ
11:04 06.08.2025
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb - RƏSMİ
Avqustun pensiyası bu tarixdə ödəniləcək
10:56 06.08.2025
Avqustun pensiyası bu tarixdə ödəniləcək
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib
10:49 06.08.2025
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib
"İrşad"da “Yaşıl Cümə” kampaniyası - 70 %-ə qədər böyük endirimlər və faizsiz hissəli ödəniş imkanı
10:47 06.08.2025
"İrşad"da “Yaşıl Cümə” kampaniyası - 70 %-ə qədər böyük endirimlər və faizsiz hissəli ödəniş imkanı