“Azercell”lə Mobil Musiqi limitsiz oldu

İQTİSADİYYAT
17:24 11.03.2020
2692

Rəqəmsal sahədə innovasiyaları ilə seçilən, müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən "Azercell Telekom” MMC abunəçilərinə daha bir kampaniya təqdim edir. 

8 mart 2020-ci ildən etibarən "Azercell” abunəçiləri Zvuk Aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən "Azercell” şəbəkəsində tam limitsiz istifadə imkanı əldə edir.

Belə ki, bir smartfonda 40 milyondan artıq musiqi parçası, ən populyar pleylistlər, üç dildə menyu, sosial şəbəkələrdə musiqi paylaşmaq və digər imkanları olan bu mobil tətbiq çərçivəsində *707#YES yığıb Zvuk aylıq paketinə qoşulan hər kəs musiqi dinləyərkən mobil internetdən limitsiz faydalanacaq. 

 

Nəzərinizə çatdıraq ki, kampaniya 15 aprel 2020-ci ilədək qüvvədədir. 

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/zvuk_yaz_2020/-a müraciət edin. 

Qeyd edək ki, 10 fevral 2017-ci ildən etibarən "Azercell” abunəçilərinin istifadəsinə təqdim olunan Zvuk xidməti vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz pleylistini yaratmaq imkanı yaradılıb.

Xidmətə qoşulmaq üçün "Google Play” və ya "AppStore”dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Bu yaz - "Azercell”in təqdimatında Zvuku smartfona yazmağın əsl vaxtıdır!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR