Azerconnect şirkəti nüfuzlu Stevie mükafatına layiq görülüb

Azerconnect şirkəti nüfuzlu Stevie mükafatına layiq görülüb
İQTİSADİYYAT
11:39 19.10.2023
395
Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect icra etdiyi innovativ layihələrə görə bir neçə kateqoriya üzrə nüfuzlu Stevie mükafatına layiq görülüb. 

Belə ki, Azerconnect həyata keçirdiyi "Inspire.Lead.Create:Women Leadership" proqramı ilə Müxtəliflik və inklüzivlikdə nailiyyətə görə Gümüş, "FLEXcellence:Hybrid Working” proqramı ilə İşçi heyəti üçün məsafədən iş rejiminin idarə edilməsində nailiyyətə görə Gümüş, eləcə də "Hybrid Leadership” proqramı ilə Qarışıq öyrənmənin ən yaxşı istifadəsi üzrə Bürünc mükafatlarını əldə edib.

Bu mükafatlar insan resursları nailiyyəti kateqoriyasında Ən yaxşı işəgötürənlər (Stevie Awards for Great Employers) üçün səkkizinci illik Stevie® Mükafatları çərçivəsində təqdim olunub. "Stevie® Awards for Great Employers” dünyada ən yaxşı işəgötürənlərə təqdim olunan beynəlxalq mükafat proqramıdır.

Qeyd edək ki, "Stevie Awards for Great Employers”ın məqsədi dünyanın ən yaxşı işəgötürənləri və mükəmməl iş yerləri yaratmağa və idarə etməyə kömək edən insan resursları mütəxəssislərinin, komandaların, nailiyyətlərin və insan resursları ilə əlaqəli məhsul və təchizatçıların tanıdılmasıdır. 
Azerconnect şirkətinin icra etdiyi proqramlarla iki Gümüş və bir Bürünc mükafata layiq görülməsi şirkətin inklüziv təbiətə malik olduğunu sübut edərək öz əməkdaşlarını dəyərləndirməyə, müxtəlifliyi təşviq etməyə, məsafədən işin effektiv idarə olunmasına, eləcə də işçi qüvvəsində peşəkar inkişafı dəstəkləməyə sadiqliyini nümayiş etdirir.

Azerconnect haqqında:

Azerconnect şirkəti ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. 
 
Azerconnect insan resursları sahəsində mükəmməlliyinə görə altı fərqli kateqoriya üzrə dünyanın nüfuzlu "Ən Yaxşı İşəgötürənlər İnstitutu” (Top Employer Institute) tərəfindən Azərbaycanda 2023-cü il üzrə "Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülüb. Şirkət həmçinin bu il üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb.

Stevie Awards haqqında:

Stevie® Awards səkkiz proqram çərçivəsində təqdim olunur. Beynəlxalq müsabiqəyə hər il 70-dən çox ölkədən 12000-dən çox müraciət göndərilir. Bütün növ və miqyasda təşkilatları və oradakı peşəkarların töhfələrini tanımaqla Stevie® dünya üzrə iş yerində üstün nailiyyətləri qiymətləndirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib