Azəri qızı Günel İbrahim Tatlısesi ağlatdı - FOTOLAR

MAQAZİN
15:22 08.10.2012
10132
Türk musiqisinin imperatoru İbrahim Tatlısesin qardaş ölkədə özünün kəşf etdiyi ulduz Azəri Günelə diqqətsiz davranması xəbərləri azərbaycanlı müğənnini dilə gətirdi.Əməkdaşımızla söhbəri zamanı Günel bütün iddiaları bu sözlərlə yalanladı: "İstər Facebook, istərsə də digər sosial şəbəkələrdə bəzi istifadəçilər məqsədli şəkildə belə şərhlər yazırlar. Başa düşürəm ki, varlığım kimlərisə qıcıqlandırır (gülür). Amma İbrahim bəylə münasibətlərimiz çox yaxşıdır.Nəbzi pislik etməklə döyünənlərin niyyətləri gözlərində qalacaq. Ötən həftə sahibi olduğu "İdobay" musiqi şirkətində çalışan işçilərdən birinin toyuna dəvətli idik. Mən məclisə atamla birgə getmişdim. Təbrik üçün səhnəyə çıxdığımda üzümü İbrahim bəyə tutub, "Sizin sevdiyiniz mahnını oxuyacağam", - dedim.Söhbət qardaşımın yazdığı və İbonun oxuduğu "Sənsiz necə gülər yarın" mahnısından gedir. Səhnədəcə fərqinə vardım ki, ifama qulaq asıb, kövrəlib. Çıxışım bitəndən sonra məni bağrına basıb: "Qızım, yenə məni ağlatmağı bacardın", - dedi.Bu məqamı ona görə söylədim ki, yayılan şayiələrin əsası olmayan söhbətdən başqa bir şey olmamasına oxucularınız da inansınlar. Bizi İbrahim bəylə kimsə düşmən edə bilməz. O, mənim mənəvi atamdır və həmişə də belə olacaq".Sözlərinin sübutu kimi Günel bəhs etdiyi toyda həm Tatlıses, həm də imperatorun can dostu, qocaman türk aktyoru Aydemir Akbaşla birlikdə çəkdirdiyi şəkilləri də bizə təqdim etdi.

OXŞAR XƏBƏRLƏR