“Azəriqaz”: Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq

“Azəriqaz”: Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq
SOSİAL
16:22 16.01.2019
4068
Havaların şaxtalı, qarlı və soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artacaqsa, təbii ki, "Azəriqaz” tərəfindən təbii qazın verilişi də artırılacaq.

Bunu "Report”a açıqlamasında "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, havaların qarlı, şaxtalı keçəcəyi günlərdə "Azəriqaz” tərəfindən zəruri işlər həyata keçirilir: "Birliyin 104 və 185 nömrəli Çağrı Mərkəzinin fəaliyyəti gücləndirilib. Xüsusən də havanın qarlı, şaxtalı və soyuq keçəcəyi günlərdə respublika üzrə qaz təsərrüfatında qaz təchizatını məhdudlaşdıracaq hər hansı planlı işlərin görülməsi nəzərdə tutulmayıb. Yalnız qəza halları istisna olmaqla. Bunun üçün də "Azəriqaz”ın təmir-tikinti idarəsinin işçi heyəti lazımi alət-avadanlıqlar, maşın və mexanizmləri tam təchiz edilib. Hər hansı bir qəza hadisəsi baş verərsə, dərhal aradan qaldırılacaq”.

İ.Kərbəlayev qeyd edib ki, təbii qaza tələbat artdıqca təbii qazın verilişi də artırılacaq: "Havalar soyuduqca təbii qaza olan tələbat artır. Ötən iki günə nəzər salsaq, təbii qaz sərfiyyatında respublika üzrə 628 min kubmetr artım var. Yəni təbii qaz sərfiyyatı, ümumilikdə, 32 mln. kubmetrin üzərindədir. Yəni havaların şaxtalı, qarlı və soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artacaqsa, təbii ki, tərəfimizdən təbii qazın verilişi artırılacaq”.

"Azəriqaz” rəsmisi bildirib ki, soyuq, şaxtalı və qarlı havalarda təbii qaza olan tələbat çox olduğundan "Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir