“Azəriqaz” sayğacla bağlı məlumat yaydı: 30 gün müddətində...
SOSİAL
14:04 10.02.2021
578
"Öncədən ödəniş tipli sayğacın (başqa cür "smart-kart” adlandırılan) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir”.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İB-nin açıqlamasında deyilir.
Bildirilib ki, hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir:
"Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. Belə ki, abonent öncədən ödəniş tipli sayğaclarda dövri olaraq istehlak edəcəyi qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən alır, sonra isə alınan həcmdə qazı istifadə edir.