"Azəriqaz"ın sahə rəisi rüşvətə görə işdən qovulub? - AÇIQLAMA

"Azəriqaz"ın sahə rəisi rüşvətə görə işdən qovulub? - AÇIQLAMA
SOSİAL
13:38 05.12.2016
1035

 

"Azəriqaz" İstehsal Birliyinin Ağsu Regional İdarəsinin Ucar istismar sahəsinin rəisi Elşən Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

E.Hüseynovun rüşvət faktına görə, işdən çıxarıldığı bildirilir.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev faktı nə təkzib, nə də təsdiq edib. 

Bu haqda heç bir məlumata malik deyil: "Elşən Hüseynov bülletendədir. Müvəqqəti olaraq əməkdaşlarımızdan biri onu əvəz edir".

/// azvision.az
OXŞAR XƏBƏRLƏR