"Sumqayıt-Ağac-Kağız" MMC və "Orxan UN" MMC "Azərişıq" ASC ilə bağlı məhkəməyə müraciət edib.
Bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, "Sumqayıt-Ağac-Kağız" şirkəti maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. /// pravda.az