"Azərişıq"ın qəzaya uğrayan maşınında ölən və yarlananların adları - SİYAHI

"Azərişıq"ın qəzaya uğrayan maşınında ölən və yarlananların adları - SİYAHI
SOSİAL
14:54 18.09.2019
5118
Quba rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində "Azərişıq" ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər əməkdaşlar - Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsaət alan İ.Rəsulova isə qapalı kəllə-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub, yaralı komatoz vəziyyətdədir.

Xatırladaq ki, bu gün Quba rayonu ərazisində "Azərişıq" ASC-yə məxsus avtomobil idarəetməni itirərək dərəyə aşıb.

OXŞAR XƏBƏRLƏR