"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq

"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq
SOSİAL
16:31 19.10.2017
862

2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və iqtisadi təsnifatın "Məhsula görə ödənişlər" xərc maddəsindən "Azəristiliktəchizat" ASC-yə təsərrüfat fəaliyyətinin maliyyə nəticələri üzrə yaranmış zərərin ödənilməsi üçün 22 mln. 614,754 min manat subsidiya ödənilib, lakin Vergilər Məcəlləsinin 104-cü və 106-cı maddələrinin tələblərinə əməl edilməyərək, ƏDV-siz 19 mln. 165 min 45,7 manat məbləğində subsidiya gəlirə aid edilməyib.

AZXEBER.COM APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir.

Bülletendə qeyd edilib ki, ASC tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə tam əməl edilməyərək büdcəyə çatası ƏDV 239,485 min manat az hesablanıb, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə əməl edilməyərək vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilmiş vəsaitdən 2015-ci il üzrə 113 min 912,5 manat və 2016-cı il üzrə 304,665 min manat ödəmə mənbəyində vergi tutulmayıb.

Dövlət qurumu tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinin tələblərinə tam əməl edilməyərək auditlə əhatə olunan dövr üzrə 1 mln. 316 min 856,4 manat ƏDV məbləği gec ödənilib, ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsində 658 min 428,2 manat maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub.

"Azəristiliktəchizat" ASC müstəqil hüquqi şəxsdir. Nizamnamə kapitalı 19,266 mln. manat olmaqla 963300 ədəd adi səhmlərdən ibarətdir. Səhmlərin 100%-i dövlətə məxsusdur.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi