“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır

“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
İQTİSADİYYAT
11:12 08.07.2025
291

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereyabu dəfə fərqli formatda görüşünüzə gəlir.

"Şans Karvanı" adlı yay kampaniyası çərçivəsində ölkəmizin 30-dan çox şəhər və rayonunda böyük əyləncə və həyəcan dolu anlar yaşanacaq. 

"Şans Karvanı"nın ilk istiqaməti şimal zonasınadır. 9 iyulda Siyəzəndən başlayacaq "Şans karvanı"nın növbəti tədbir nöqtələri Şabran, Xaçmaz, Quba və Qusarda olacaq.

Sizə yaxın bölgədəki tədbirə gələrək bir-birindən maraqlı "Beşdə 5”, "4+4” və "Super Keno” kimi tirajlı oyunlarda 1 000 000 manatadək qazanma şansı edə bilərsiniz. Həmçinin karvan boyu musiqili və əyləncəli tədbirlərdə sizi bol-bol oyunlar və hədiyyələr gözləyir.

Ölkəmizi qarış-qarış dolaşacaq "Şans Karvanı” haqqında daha ətraflı rəsmi internet və sosial media səhifələrindən məlumat əldə edə bilərsiniz. 


OXŞAR XƏBƏRLƏR