"Azərpoçt"un vəzifəli şəxsi 10 min manat cərimələndi

"Azərpoçt"un vəzifəli şəxsi 10 min manat cərimələndi
SOSİAL
22:45 08.04.2025
610
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AZXEBER.COM-a AMB-dən məlumat verilib.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.

Odur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən, "Azərpoçt" 50 min manat, 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə, onun vəzifəli şəxsi 10 min manat cərimələnib.

OXŞAR XƏBƏRLƏR