Azərbaycanın Rusiyadakı diasporasının təmsilçisi Ramiz Mikayılov Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının (“AzerRos”) sədri Abbas Abbasovun qərəzli açıqlamalarına münasibət bildirib. R.Mikayılov qeyd edib ki, Abbas Abbasov Rusiyada ciddi fiqur kimi tanınmır.
AZXEBER.COM-un məlumatına görə, Diaspora təmsilçisinin sözlərinə görə, o, federasiyada siyasətçi kimi yox, komersant kimi tanınır: “Abbas Abbasov bu tip açıqlamalar verməklə gündəmdə qalmaq istəyir. Eyni zamanda o, Azərbaycanda vəzifə qazanmaq arzusundadır. O, ancaq vəzifəyə gəlmək üçün müxtəlif gedişlər edir. Onun fikirlərinə o qədər də ciddi yanaşmaq lazım deyil. Abbas Abbasovun rəhbərlik etdiyi “AzerRos”u o yox, mən təsis etmişəm”. (olaylar)