"Azərsilah"-ın poliqonunda yanğın olub

"Azərsilah"-ın poliqonunda yanğın olub
SOSİAL
13:01 19.07.2026
352
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Müdafiə Sənayesi Nazirliyindən bildirilib.


Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
OXŞAR XƏBƏRLƏR