“Azərsu” gücləndirilmiş rejimə keçir

“Azərsu” gücləndirilmiş rejimə keçir
SOSİAL
23:42 28.12.2018
12368
"Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

AZXEBER.COM xəbər verir ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında  dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə  bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar  "Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.
OXŞAR XƏBƏRLƏR