“Azərsu” Xətai sakinlərini qanunsuz ödənişə məcbur edir

“Azərsu” Xətai sakinlərini qanunsuz ödənişə məcbur edir
SOSİAL
16:58 12.08.2016
1765
Paytaxtın Xətai rayonunda Azərsu ASC-nin yerli idarəsi Tarif Şurasının 2016-cı il mayın 15-də suyun qiymətinin qalxması barədə qərarından sui-istifadə edir.
Sakinlərin verdiyi məlumata görə, Azərsu ASC-nin Xətai Sukanal İdarəsi tərəfindən bu ilin fevralında Gəncə prospekti 2942A ünvanında (470 mənzilli yeni tikili) quraşdırılan sayğacların qeydə alınması prosesinə başlanılıb. Sakinlərin sözlərinə görə, o vaxta qədər sayğaclar olsa da, su pulu adambaşına hesablanıb:
“2016-cı ilin fevral ayından isə sayğacların möhürlənməsi və qeydiyyatı başladı və mart ayından adambaşına ödəmə dayandırıldı. İdarə işçiləri bildirdilər ki, bundan sonra sayğaca uyğun ödəmə aparılacaq”.
Ancaq aradan aylar keçsə də, Azərsu ASC-nin Xətai Sukanal İdarəsi sakinlərə kodları təqdim etməyi yubadıb və bunu binada sayğacların qeydə alınmasının gecikməsi ilə izah edib:
“Suyun qiyməti mayın 15-də 36 qəpikdən 50 qəpiyə qaldırıldı. O zaman biz idarəyə müraciət etdik ki, sayğacların üstündəki rəqəmlərin götürülməsi və kod verilməsini təmin etsinlər, biz də əvvəlki borcları köhnə tariflə ödəyək. Lakin idarədən heç bir səs çıxmadı”.
Avqust ayının əvvəlindən isə idarə əməkdaşları kodları paylamağa başlayıblar və borclu abonentlərdən bütün borcu yeni tariflə - 50 qəpikdən ödəməyi tələb ediblər.
Sakinlərin sözlərinə görə, bu qanunsuzluğun aradan qaldırılması üçün Xətai Sukanal İdarəsinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb, idarə yetkililəri bütün borcun yeni tariflə ödənilməli olduğunu bildiriblər.
Xətai Rayon Sukanal İdarəsindən bildirildi ki, yaranmış problemin səbəbkarı MTK rəhbərliyidir: “Biz mənzilləri ayrı-ayrılıqda deyil, bütövlükdə binanı qeydiyyata alırıq və ondan sonra fərdi qaydada kodlar paylanılır. Təəssüf ki, binanın sayğaclaşmasında kecikmə oldu, bəzi mənzillərdəki sayğacları iyun ayında qeydə ala bildik və binanın kodlaşması da bu ayda gerçəkləşdi. Buna görə də hazırda ödənişlər yeni tariflə tələb edilir”.
Görünür, məsələnin mahiyyəti də bundadır. Hər hansı bir qurumun səhlənkarlığının nəticəsi ayrı-ayrı abonentlərin hüquqlarının pozulması və onların əlavə ödəniş məcburiyyətində qalmasına səbəb olmamalıdır.
Azərsu ASC-dən məsələyə münasibət öyrənmək mümkün olmadı.
Xatırladaq ki, bu ilin mayın 15-dən Tarif Şurasının qərarı ilə bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, tullantı sularının axıdılması xidmətlərinin tarifləri isə əhali üçün 15 qəpik (ümumilikdə 50 qəpik) səviyyəsində təsdiq olunub.
///Axar.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir