"Azərsu"da maaşlar gecikdirilir? - Açıqlama

SOSİAL
13:12 03.06.2016
1404
"Azərsu" Açıq Səhmdar Cəmiyyətində maaşların iki aydır verilməməsi ilə bağlı yayılan xəbərlər tamamilə yalandır.
AZXEBER.COM  bildirir ki, bu barədə azvision.az-a ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, "Azərsu"da əmək haqları vaxtında verilir, gecikdirilmə müşahidə olunmur.
"Aprel ayının maaşlarını vermişik. İdarənin elə işçiləri var ki, aprelin maaşını tam alıblar. Elə işçilər də var ki, bir hissəsini götürüblər. Yaxın bir neçə gün ərzində aprel ayının maaşı tam bağlandıqdan sonra may ayının maaşı veriləcək. İşçilərimizə demişik ki, narahat olmasınlar, may ayının maaşı gecikdirilməyəcək", - deyə A. Cəbrayıllı bildirib.

OXŞAR XƏBƏRLƏR