AZƏRTAC İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi İcraiyyə Şurasının üzvü seçildi

AZƏRTAC İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi İcraiyyə Şurasının üzvü seçildi
MEDIA
18:01 16.10.2017
1076

Beynəlxalq İslam Xəbərlər Agentliyi Baş Assambleyasının V iclasında təşkilatın İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi (UNA) adlandırılması haqqında qərar qəbul edilib

Oktyabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) Baş Assambleyasının V iclası keçirilib.

İclasda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri, İİNA-nın İcraiyyə Şurasının direktoru Avvad bin Saleh əl-Avvad, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi, təşkilata üzv dövlətlərin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndə heyətləri, o cümlədən AZƏRTAC-ın əməkdaşı iştirak edib.

Tədbirdə İİNA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, İƏT-in 2025-ci ilədək nəzərdə tutduğu iş proqramı çərçivəsində fəaliyyət planı təsdiqlənib. Sonra təşkilati məsələlərə baxılıb. Səudiyyə Ərəbistanının SPA agentliyinin nümayəndəsi İcraiyyə Şurasının sədr müavini seçilib, həmçinin Şuranın tərkibi yenilənib. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTACŞuraya üzv qəbul olunub.

Xatırladaq ki, təşkilat İcraiyyə Şurası və Baş Assambleya olmaqla, iki rəhbər orqandan ibarətdir. On iki üzvü olan İcraiyyə Şurası qurumun informasiya fəaliyyətinə nəzarət edir və illik iclasında inzibati, maliyyə və texniki məsələlərə baxılır. İƏT-ə üzv dövlətlərin xəbər agentliklərinin direktorları və nümayəndələrinin iştirakı ilə iki ildən bir keçirilən Baş Assambleya isə İcraiyyə Şurasında qəbul olunan qərarları təsdiqləyir.

İclasda təşkilatın İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi adlandırılması haqqında qərar qəbul edilib, qurumun yenilənmiş nizamnaməsi təsdiqlənib.

İştirakçılar İslam dünyasının problemlərinin işıqlandırılmasında, eləcə də terrorun təbliğinə və islamofobiyaya qarşı mübarizədə İƏT-ə üzv dövlətlərin milli xəbər agentliklərinin rolu, milli xəbər agentlikləri arasında əməkdaşlığa dəstək, "İslam Əməkdaşlıq Təşkilatının mükafatı” müsabiqəsində iştirak məsələləri ətrafında müzakirələr aparıblar.

Baş Assambleyanın 6-cı iclasının Cibutidə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İİNA-nın yaradılması barədə qərar 1972-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Ciddədə keçirilmiş 3-cü iclasında qəbul edilib. İƏT-ə üzv dövlətlərin informasiya nazirlərinin 2006-cı ildə Ciddədə keçirilmiş 7-ci iclasında agentliyin fəaliyyətini gücləndirmək üçün struktur islahatları aparılması qərara alınıb.

Əsas məqsədi İslam dövlətləri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq, üzv agentliklər arasında təcrübə mübadiləsini təşviq etmək olan İİNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər