Azərbaycanda 17 yaşlı qızın 50 yaşlı kişi ilə evləndirilməsi ilə bağlı DİN-dən - AÇIQLAMA

Azərbaycanda 17 yaşlı qızın 50 yaşlı kişi ilə evləndirilməsi ilə bağlı DİN-dən - AÇIQLAMA
SOSİAL
11:11 12.12.2022
1004
Xəbər verdiyimiz kimi, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evləndirilməsi xəbəri sosial şəbəkədə gündəm olub.
 
DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib.
 
O, açıqlamasında qeyd edib ki, hadisə ilə bağlı polis bölməsinə məlumat daxil olub və araşdırılma aparılır: "Gədəbəy rayonunda 17 yaşlı qızın yaşlı biri ilə nişanlanması ilə bağlı Gədəbəy polis idarəsində araşdırma aparılır. Araşdırma zamanı qızın 17 yaşının tamam olduğu məlum olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı məlumat yoxdur. Məsələ ilə bağlı araşdırma aparılır".
 
Günel

OXŞAR XƏBƏRLƏR