Azis azərbaycanlı müğənnini hədələyir - VİDEO

MAQAZİN
18:49 06.02.2013
3755

Qalmaqalları ilə məşhur olan bolqar müğənni Azis ilə əməkdaşlıq edən prodüser mərkəzi “Eurovision-2013”ün milli seçim turunun iştirakçısı Elvin Babazadəni müəllif hüquqlarını pozmaqda ittiham edib.

Milli seçim turunun beşinci həftəsində müğənni Elvin Babazadə İTV-nin efirində Azisin “Sen-Trope” mahnısınıAzərbaycan dilində ifa edib.Elvinin çıxışına təqdim olunan videonun 08:09-cu dəqiqədən baxmaq olar.Milli seçim turu iştirakçısının prodüseri Fərhad Köçərli Gün.Az-a bildirib ki, Azisin “Diapason records” prodüser mərkəzinin nümayəndələri Elvin Babazadə ilə əlaqə saxlayıblar və onu müəllif hüquqlarınıpozmaqda ittiham edərək təzminat tələbi irəli sürüblər. Əks təqdirdə məhkəməyə verəcəkləri iləhədələyiblər.“Biz müəllif hüquqlarını pozmamışıq, çünki trekin bəstəkarı Martin Biolçev olan “Sen-Trope” mahnısının remeyki olduğunu göstərmişik. Bildiyimizə görə, Elvin Babazadənin ifası Bolqarıstan KİV-də də müzakirəolunur.Azis onun mahnısını daha yaxşı oxuyan və tamaşaçıların xoşuna gələn müğənnilərin olması faktı iləbarışmalıdır. Biz prodüser mərkəzinə yazılı qaydada cavab verəcəyik. Məhkəmədən qorxmuruq, çünki doğru olduğumuza əminik”, - deyə F.Köçərli bildirib.Prodüserin sözlərinə görə, Elvin Babazadə bu qalmaqal haqqında danışmaq istəmir və bunu özünü Azisləbir tutmaq istəməmsi ilə izah edir, çünki onlar ayrı-ayrı dünyaların adamlarıdırlar.

OXŞAR XƏBƏRLƏR