Azis Bakıya gəlir - FOTO

MAQAZİN
13:54 16.02.2015
5985

Məşhur müğənni Azis Bakıya gəlir.Bu barədə AZXEBER.COM-a açıqlama verən təşkilatçı Samir Xəttab, müğənninin kosert proqramını təşkil etmək üçün Bolqarıstana üz tutduğunu deyib: “Müğənninin ilk növbədə Azərbaycanla probleminin olub-olmamasını araşdırdım. Məlum oldu ki, belə bir problemi yoxdur. Hətta Azis Azərbaycanı çox sevdiyini bildirib. Ötən il gəzən xoşagəlməz şöhbətləri isə "booking" şirkətlər yaratdığını aydınlaşdırdıq. Çox sadə və kaprizsiz insandır. O qədər sadə insandır ki, Sofiyada qərib olduğumu bilib, heç yeri tanımadığımdan Azis özü görüş üçün mən qaldığım otelə gəldi. İnşallah, yayda konsert olacaq”.Əlavə edək ki, Samir Xəttab Azisin Bakı konsertinin 25 iyulda baş tutacağını da bildirdi.

OXŞAR XƏBƏRLƏR